“Ona qovuşacağım günlər...” - “Toppuş bacı”nın ərindən ürəkdağlayan sözlər +   FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Ona qovuşacağım günlər...” - “Toppuş bacı”nın ərindən ürəkdağlayan sözlər + FOTO

Şou

13 Noyabr 2024 13:11 514


Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki,Röyal mərhum sənətçinin pulqabısından çıxan əşyalarısosial şəbəkə hesabında paylaşaraq yazıb:

"Tünzalənin bəzi əşyaları var ki, hələ də cəsarət etmirəm toxunmağa. Pulqabısını bu gün açdım, içindən evin açarı və 1 manat çıxdı. Bir anlıq düşündüm ki, səhər qapını bağlayıb işə gedirik, axşam gəlib təkrar açacayıq. Nə bilim, vaxt dolana qədər hərəmiz bir təhər yaşamağa çalışırıq. Çox darıxıram yoldaşım üçün, bir yandan da günlər elə tez keçir ki... Sanki ona qovuşacağım günlər daha sürətlə gəlir". Dördpendirli pizza

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!