“Onlar müğənni deyil, gədə-güdədir, işləri ona-buna “atmaq”dır” - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

“Onlar müğənni deyil, gədə-güdədir, işləri ona-buna “atmaq”dır” - Qalmaqal

Şou

27 Aprel 2023 16:51 6209


Sənət adamları, xüsusilə də müğənnilər hər zaman geyimləri ilə fərqləniblər. Dünyanın hər yerində belədir, onlar ifaları ilə yanaşı, geyimləri ilə də tamaşaçının diqqətini cəlb etməyə çalışırlar. Təbii ki, bunda həm də onların maddi durumu əsas rol oynayır. 

Azərbaycanın bəzi tanınmışları da dünyadakı həmkarları kimi il ərzində geyimlərinə xeyli pul xərcləyirlər. Onlar tez-tez bu haqda efirlərdə danışır, geyimlərinə xeyli pul ödədiklərini, xaricdən geyimlər gətirtdiklərini də açıqlamaqdan çəkinmirlər. 

Bir neçə gün öncə müğənni Manaf Ağayev də bu cür açıqlaması ilə gündəmə gəldi. Belə ki, verilişlərdən birində qonaq olan ifaçı geyimlərini yalnız xaricdən aldığını, paltarlarının xüsusi olaraq hazırlandığını açıqladı.  Marqarita pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev bahalı geyimləri ilə öyünən həmkarlarını top atəşinə tutub:

“Kimin ki, ata-babadan imkanı olub, babalarından ona var-dövlət miras qalıb, o şəxslər heç vaxt bu haqda danışmır, bahalı həyatı ilə öyünmür, özünü sakit aparır. Kim ki, kirayə evlərdə qalır, bank hesabına kreditə maşın alıb sürür, ona-buna “atıb” bahalı paltarlar alır onlar bu barədə ağızdolusu danışırlar. Söhbət müğənnilərdən gedir, mən öz gözümlə bunların şahidi olmuşam, bəziləri onu-bunu aldada-aldada paltar alırlar, hətta hava limanı işçilərini də aldadıblar. Onlar da düşünüb ki, bu boyda tanınmış adamdır, yalan danışmaz. Müğənnilər uzun illərdir ki, bu yolla addım atıb irəliləyirlər. Söhbət təkcə xanım müğənnilərdən getmir, qadınlı-kişili belədirlər. Hay-küylə, kişiliyini göstərməklə, “mən elə vuraram, belə vuraram, asaram, kəsərəm, Ağa-nəzərəm” deməklə gündəmdə qalmağa çalışırlar”. 

Əli Mirəliyevin sözlərinə görə, əsl sənətçi heç vaxt pulu, yaxud geyimi ilə öyünmür və xalqa daha yaxın, sadə insanlar olur: 

“Bu şeylər sənət aləminə aid deyil. Bunlar hamısı gədə-güdədir. Onların heç biri sənətə aid insanlar deyillər. Sənətkarlar hər zaman başıaşağı, sadə insan kimi özlərini aparıblar. Məmmədbağır Bağırzadə, Akif İslamzadə, Firuzə İbadova, Cavanşir Məmmədov, Elmira Rəhimova, Flora Kərimova kimi sənətkarlardan bir dəfə belə söhbətlər eşitmisinizmi? Onlar sakit yaşayırlar, böyük-böyük danışmırlar, xalqın içindədirlər. Bax, sənətçi bu cür olmalıdır. Amma bugünkü gədələr elə bilirlər ki, dünya belə gəlib, belə də gedəcək. Xeyr, əzizlərim! Siz hər şeyinizi uduzacaqsınız və çıxdığınız komaya geri qayıdacaqsınız!”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!