“Onlar qondarma seyidlərdir, mollaların uydurmasıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Onlar qondarma seyidlərdir, mollaların uydurmasıdır”

Sosial

24 Avqust 2022 07:48 2468


"İnsanların anlamadan kimə gəldi seyid deməsi, hər deyilənə inanması yanlışdır". 

Bunu Hurriyyet.az-a açıqlamasında proffessor Rəşid Mahmudov, ilahiyyatçı Elşad Mirinin "Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!" fikrinə münasibət bildirərkən deyib.

"Mən Elşad Mirini tanıyıram, çox savadlı insandır, düz deyir. Seyid yalnızca peyğəmbər nəslindən olan insanlara deyilir. Hal-hazırda 4-5 nəfər peyğəmbər nəslindən olan insan qalıb. Həmin 4-5 nəfər şəxs də Səudiyyə Ərəbistanında yaşayır. Hansı ki, bu seyidlərə 200 min avro pul təqdim olunur. Lakin onlar,  həmin puldan imtina edərək, uşaq evlərinə bağışlayır.  pizza

Digəri isə Şuşada İbrahim Xan olub. Yerdə qalanlar isə qondarma "seyid"lərdir, onlar mollaların uydurmasıdır. İnsanların inanmağı, həqiqəti anlamadan seyid deməyi düzgün deyil. İnsan yalnız ağılla düşünüb, yaşamalıdır. Bilin ki, seyid təkcə hal-hazırda peyğəmbərin nəslindən qalan insanlardır".

Qeyd edək ki, ilahiyyatçı Elşad Mirinin “Yeni Sabah”a açıqlamasında Mir Mövsüm Ağa barəsində paylaşdığı “Adı çəkilən şəxs özü elə möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?! O şəxs özünü ayağa qaldıra bilirdimi? Bu məsələnin islamda heç bir əhəmiyyəti əsası yoxdur” deyə paylaşdığı ifadələr səs-küyə səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!