Onlar xalq arasına niyə çıxmır? - “Liderlərin belə bir yazılı öhdəliyi yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Onlar xalq arasına niyə çıxmır? - “Liderlərin belə bir yazılı öhdəliyi yoxdur”

Siyasət

10 İyul 2026 17:18 268


İran mediası bu gün ölkənin yeni Ali Rəhbəri Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxacağını elan edib.

Martın 8-də sayca üçüncü Ali Rəhbər olduqdan sonra o, yalnız yazılı bəyanatlarla çıxış edib. Müctəba Xameninin heç biri yeni görüntüsü və ya səsyazısı yoxdur.

İslam Respublikası ilə qonşuluqdakı digər dövlətdə – Əfqanıstan İslam Əmirliyindədə eyni vəziyyət hökm sürür. Ölkənin və “Taliban” hərəkatının “əmirəl-möminin” titulu daşıyan lideri Hebətullah Axundzadə ictimaiyyət qarşısına çıxmır. Dominos pizza

Əgər birinci halda dövlət başçısının gizli fəaliyyəti təhlükəsizliklə izah olunursa, ikinci halda səbəb “şirk və nümayişkaranəlikdən qaçmaq” dini dəlili ilə izah olunur.

“Ümumiyyətlə, hətta Qədim Misirdən bu yana dövlət başçıları xalq arasında çox görünməyiblər”.

Bunu “Yeni Sabah”a şərqşünas-yazar Kənan Rövşənoğlu deyib.

O vurğulayıb ki, hər iki ölkədə - həm Əfqanıstanda, həm də İranda vəziyyət fərqlidir:

“Birinci şəxslərinin ictimaiyyət arasına çıxmamasının səbəbləri eyni deyil. “Taliban” rəhbərliyi uzun illərdir bu modeli tətbiq edir. Həm 1990-cı illərdə öz hakimiyyəti, həm də Amerika işğalı dövründə “Taliban” partizan mübarizəsi apararkən, hətta 2021-ci ildə iqtidara yiyələndikdən sonra Əfqanıstanın birinci şəxsi ortaya çıxarmayıb. Bunu daha çox təhlükəsizliklə əlaqələndirirlər. Çünki “Taliban”ın həm ölkə xaricində, həm də ölkə daxilində ciddi rəqibləri və düşmənləri var”.

Şərqşünas-yazar qeyd edib ki, İranda vəziyyət tamamilə fərqlidir:

“Əvvəlki Ali Rəhbər daim ictimaiyyət arasında olub. Demək olar ki, hər həftə, hətta az qala hər gün o, müxtəlif qruplarla görüşlər keçirir, çıxışlar edirı, videoları yayılır, xalq arasına çıxırdı. Amma İranla Amerika-İsrail arasında müharibə hələ bitməyib. Müharibə davam edir və yeni Ali Rəhbərin ictimaiyyət qarşısına çıxmamasının əsas səbəbi təhlükəsizliklə bağlıdır”.

K.Rövşənoğlu bildirib ki, hazırda həm ölkə ərazisinin tez-tez bombalanması, həm də sui-qəsd riski nəzərə alınır:

“Hava zərbələri və lokal toqquşmalar mövcuddur. İran liderinin ortaya çıxdığı zaman onun olduğu yerin bombalanmayacağına heç kim zəmanət verə bilməz. Ölkə daxilində xarici xüsusi xidmət orqanlarının ciddi agentura şəbəkəsi də var.

Düşünürəm ki, bu məhdudiyyət müvəqqətidir. Çünki İranda dini liderin gizli saxlanılması kimi bir təcrübə yoxdur. Güman edirəm ki, müharibə bitdikdən və təhlükəsizlik məsələləri aradan qalxdıqdan sonra Müctəba Xamenei ictimaiyyət arasına çıxacaq”.

Şərqşünas-yazar bildirib ki, tarixdə hökmdarların xalq qarşısına tez-tez çıxmaması kifayət qədər geniş yayılmış idarəetmə formasıdır:

“Ümumiyyətlə, tarixdə belə dövlətlər çox olub. Hətta Qədim Misirdən bu yana dövlət başçıları xalq arasında çox görünməyiblər. Misirdə sadə insanların fironu görməsi belə mümkün deyildi. Digər padşahların da ictimaiyyət arasında görünməsi çox nadir hallarda olurdu. Adətən, hansısa yürüşdə, ya da xüsusi mərasimlərdə. Yəni xalq arasında tez-tez çıxmaq kimi bir təcrübə olmayıb.

Dövləti idarə etmək üçün hökmdarın, ya liderin hər gün xalqın qarşısına çıxmasına ehtiyac yoxdur. İdarə etmə üçün mexanizmlər və qurumlar var. Dövlət başçısının mütləq ictimaiyyət arasında olması kimi yazılı öhdəlik və qayda yoxdur.

Nadir şah, Şah İsmayıl və Əmir Teymur kimi hökmdarları misal gətirək. Onların ordunun başında olması xalq arasında olmaları anlamına gəlmirdi.

ərqdə hökmdarın müəyyən qədər gizli saxlanılması bir ənənə olub. Görünməyən, əlçatmaz hökmdarın daha əzəmətli olması düşüncəsi hakim idi. Hökmdar hər kəs üçün əlçatan olmamalıydı.

Tarixi mənbələrdə Şah Abbasın təğyiri-libas olub xalq arasına çıxması barədə məlumatlar olsa da, bu, istisna hal hesab olunur”.

K.Rövşənoğlu hesab edir ki, indiki şəraitdə İran rəhbərinin görünməməsi ölkə daxilində ciddi narazılıq yaratmayacaq:

“Düşünmürəm ki, bu, İran xalqı üçün hansısa diskomfort yaratsın və ya etiraz səbəbi olsun. Çünki ortada çox ciddi arqument var. Müharibə gedir və belə bir vəziyyətdə dövlət başçısının gizlədilməsi normal və məntiqli addımdır”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!