ARB-də yayımlanan "Söhbət var" verilişinin qonaqlarından biri Əməkdar artist Abbas Bağırov olub.
Yenisabah.az xəbər verir ki, ifaçı həmkarlarını ciddi tənqid edib. O, zövqsüz mahnı oxuyan müğənniləri “virus” adlandırıb:
“Biz musiqiçilərin də başqa bir növ virusla mübarizəmiz var. O virus da bu gün sürətlə yayılan zövqsüz mahnıları ifa edənlərdir. Onlara mən “virus” adı verirəm. Çünki, insanların zövqünü korlayırlar. Bununla bacardığımız qədər həmkarlarımızla birlikdə ciddi mübarizə aparırıq. Doğrudan da çox çətindir. Buna qarşı heç bir antivirus yoxdur. Elə musiqilərə tələbat var ki, avtomobildə onu yüksək səslə oxudurlar. Xaricdən gələn əcnəbi bunu eşidib deməz ki, Azərbaycanın musiqisi bundan ibarətdir?!”. Dominos pizza
Telegram kanalımız