Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti süni intellekt əsaslı virtual əməkdaşını təqdim edib.
“Yeni Sabah”ın xəbərinə görə, qurum ona “kapitan Əsgərli Zəfər” adını verib.
O, bundan sonra Dövlət Xidmətinin fəaliyyəti, qanunvericilikdə edilən dəyişikliklər və digər vacib məlumatlarla bağlı ictimaiyyəti məlumatlandıracaq. Pepperoni pizza
Qeyd olunub ki, virtual əməkdaş süni intellekt texnologiyası əsasında yaradılıb və vətəndaşların yeniliklərdən daha operativ xəbərdar olması məqsədi daşıyır.
Paylaşımlar bundan sonra artıq qurumun rəsmi sosial media hesablarında Əsgərli Zəfərin təqdimatında yayımlanacaq.
Qeyd edək ki, son dövrlər dövlət qurumlarında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi genişlənir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız