Onların bayrağı alt paltarında, bizim üçrəngli bayraq isə...

saytların hazırlanması

Evə çatdırılma

Onların bayrağı alt paltarında, bizim üçrəngli bayraq isə...

Sosial

25 Oktyabr 2022 15:47 6440


Ötən gün sosial şəbəkələrdə bayrağımızla bağlı bir görüntü yayıldı, sonra həmin mövzu xəbər saytlarına, oradan da Daxili İşlər Nazirliyinin aidiyyatlı qurumlarına daşındı. Rayonlarımızın birində şotka süpürgə satılır və həmin süpürgənin saçaqları Azərbaycan bayrağının rənglərinə uyğun boyanıb. Bu, hiddət doğurmuşdu. Həmin hiddətin böyük hissəsinin təbii olduğunu düşünürəm. Kiçik hissəsi isə ola bilsin, sadəcə sosial şəbəkələrdə müzakirə açmaq, layk yığmaq, pafos püskürmək üçün idi.

Birinci dəfə deyil. Bayraqla bağlı onlarla skandal faktı saymaq olar. Hansısa idarənin binası qarşısındakı bayrağı külək cırırsa, qalmaqal olur, hansısa rəsmi və ya qeyri-rəsmi görüşdə bayrağın istifadəsi ilə bağlı çoxsaylı tələblərin biri pozulursa, vay o məmurun halına, hansısa geyim şirkəti istehsal etdiyi paltarda bayrağı sinənin üstündə deyil, başqa bir yerdə çap edirsə, eyni reaksiya. Çünki bayraq bizim ən həssas yerimizdir. Bəlkə də ondandır ki, biz onu şəhid məzarlarının üzərinə çəkirik...

Biz bayrağımıza qarşı hörmətsizlik edənlərin gözünü çıxarıb, bəbəklərini tökərik. Biz bayraq üçün şeirlər yazıb, mahnılar qoşarıq. Evimizin ən hörmətli yerində vətənimizin bayrağı yerləşdirilər. Dünyanın istənilən bir ölkəsində, beynəlxalq yarışlarda bayrağımızın dalğalandığını görmək bizə qürur verir, ürəyimizi titrədir. 100 yaşı yeni tamam olan üçrəngli bayrağımız son 30 ildə bizim ən əziz varlığımız oldu. Ona görə də, nəinki bayraq, bayrağımızın rəngləri ilə belə hörmətsiz davrananlara qarşı od püskürürük. Biz beləyik... Dördpendirli pizza

Bəs, niyə beləyik? Bu yaxşıdırmı? Bu haqda heç bir fikrim yoxdur. Amma özüm-özümə bəzi suallar vermək istəyirəm.

Nə üçün dünyanın ən böyük, modern, güclü dövləti olan ABŞ vətəndaşları bayrağa bizim kimi həssas yanaşmır? Onlar hansısa alt paltarında, çimərlik geyimində, ayaqqabı üzərində Amerika bayrağının əks olunmasına çox loyal yanaşırlar? 

Niyə Böyük Britaniya vətəndaşları öz bayraqlarının əks olunduğu şortiklərin istehsal olunmasına göz yumurlar. Bu nə tolerantlıqdır? Adam bu qədər təhqirə necə dözə bilər? 

Və ya Rusiya vətəndaşları futbol topu üzərində öz ölkəsinin bayrağının rənglərindən istifadə edən fabrikə necə gözünün üstündə qaşın var deyə bilmir? Axı öz ölkənin bayrağının əks olunduğu topa təpiklə vurmağı bağışlamaq olar?

Bir neçə il əvvəl idi. Metroda bir foto çəkib paylaşılmışdı. Gənc bir adamın geyindiyi yay ayaqqabısının üstündə Azərbaycan bayrağının şəkli vardı. Dərhal tədbir görüldü. Məsələ ictimailəşdirildi, ən azı 2-3 gün gündəmdə saxlanıldı və bir də heç kim belə bir geyim istehsal etməyə cürət etmədi.

Elə həmin vaxt mənim bir “vyetnamka”m vardı. Həmin “vyetnamka”da tam olaraq Almaniya bayrağı əks olunmuşdu. O zaman düşündüm ki, görəsən bu “vyetnamka”nı geyib Almaniyada küçədə gəzsəm, halım nə olar?! 

İndi düşünürəm ki, bunu etsəm, bir alman da mənə güldən ağır söz deməz, xətrimə dəyməz. Almanları bayraq deyil, istehsalat, ixtiralar, yeni "Mersedess"lər, yeni "Porşe"lər, dəzgahlar, qurğular, tibb maraqlandırır. Onlar bayraq sevgisinin nə olduğunu əsla bilməzlər. Heç bilməyəcəklər də...

Elnur Məmmədli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!