“Azərbaycan parlamenti üzvlərinin əksəriyyəti İranla Azərbaycan Respublikası arasındakı normal münasibətlərin tərəfdarıdır. Adətən, İran haqqında mənfi danışan və iki ölkə arasındakı yaxşı münasibətlərə qarşı çıxan bəzi nümayəndələr var, onların destruktiv açıqlamalarının cilovlanmasını gözləntisindəyik”.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.
"İnanıram ki, İsrail bölgədə gücünü göstərmək və mövqeyini önəmli etmək istəyir, buna görə də onu qiymətləndirməmək olmaz. Türkiyə, bir qayda olaraq, hər il Azərbaycan Respublikası ilə birgə manevrlər keçirir. Bu iki ölkənin hərbi təlimlərində antierməni yanaşması var. Marqarita pizza
Əlbəttə ki, hərbi təlimlər İran əleyhinə deyil, amma Ermənistanı təhrik edir və bölgəni təhlükəsizliyə ziyan vurur.
Türklər bölgənin həssaslığından xəbərdar olmalı və qıcıqlandırmadan çəkinməlidirlər”, – deyə Pakayin əlavə edib.
Telegram kanalımız