“Onların əlləri, beyinləri qurusun...“ - Aybəniz Haşımova

saytların hazırlanması

Evə çatdırılma

“Onların əlləri, beyinləri qurusun...“ - Aybəniz Haşımova

Şou

20 Yanvar 2022 13:54 955


Əməkdar artist Aybəniz Haşımova 20 Yanvarı xatırlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Sənətçi həmin gecəni belə xatırlayıb: Toyuqlu pizza

"O, gecə getsin, bir də gəlməsin... İndiyənə kimi o səslər nə gözlərimin önündən, nə də qulaqlarımdan gedir. İlahi, necə çığırırdı insanlar!. Onlar isə qarşısına keçəni biçirdilər. Eyvanda anamı tək qoymamaq üçün yanında dayanmışdım. O isə Rauf Səlimbəyli oğlunu haray çəkib çığırıb, ağlayırdı, elə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib. Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar, vəhşilər. Nə qədər eyvanlarda dayanan insanlarda onların əzrayıl güllələrinə qurban getdilər. Səhəri anamla düşdük küçəyə və "Şamaxinka"dan üzü aşağı bütün yol qana bürünmüşdü... Şəhər sanki ölmüşdü... Hər 20 Yanvar tarixini xatırlayanda o, günün acısı bütün ürəyimi didir, yandırır... O, yanğı hələdə qəlbimdə Şəhidlər Xiyabanında yanan məşəl kimi ürəyimdə yanır... Mənimlə haqq dünyama gedəcək. Millətimə əl qaldıran, o əmri verən, əmrə dəstək olan canilərin əlləri, beyinləri qurusun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!