“Onların istedadlı kanal tulalarına…” – İlkin Həsəni ATV-dən getməsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Onların istedadlı kanal tulalarına…” – İlkin Həsəni ATV-dən getməsindən danışdı

Şou

08 Sentyabr 2021 17:44 22482


Aparıcı-aktyor İlkin Həsəni illərdir çalışdığı ATV telekanalından ayrılıb. Yenisabah.az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkə hesabında məlumat verib:

“Əzizlər, dostlar, yaxınlar, jurnalistlər hər kəsə salam. İşlərimdəki dəyişikliklə bölüşmək istədim sizinlə. 

Bu il televiziya karyeramın düz 20 ili tamam olur, bəli düz 20 il öncə televiziya rejissorluğu fakültəsinin ikinci kurs tələbəsi İlkin Həsəni anasının hazırladığı katlet-çörəyi də paketin arasına qoyub dərsdən sonra yollandı “106 Fm” radiosuna. 1 aylıq hazırlıq, məşqlər və budur 2001 payızında ilk canlı yayım, ilk efir həyəcanı və s.  Toyuqlu pizza

Daha sonrasını isə tamaşaçılarım bilir, ATV-də "ATV Maqazin", "Yeni Ulduz", "Bozbash Pictures" və digər layihələr məni mən etdi. ATV-də 4 rəhbər dəyişimini görən bəlkə də tək-tük əməkdaşlardan oldum. Hər birinə ayrı ayrılıqda təşəkkürümü bildirirəm, hər biriniz mənim üçün çox əziz olmusunuz. 

İl oldu 2013 və mən mənim üçün çox böyük önəm kəsb edən "İLK Media" haqqında düşündüm, yaratdım. İstehsal etdiyimiz film, serial, reklam, sosial çarxlar haqqında yazıb çox da başınızı ağratmayım. Hal hazırda sayı 25-ə yaxın kiçik kollektivimizlə az da olsa nələrsə edirik. Şirkətimiz yarandığı gündən əməkdaşlıq etdiyi bir TV olub o da mənim doğma ATV kanalım”.

Sənətçi yeni mövsümdən “SPACE” telekanalında çalışacağını qeyd edib:

“Çox təəsüf ki, ATV ilə  yollarımızı ayırlamlı olduq, yeni yayım kanalımız bu ilin oktyabrdan etibarən Space olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz, “Zita və Gita”sız Space. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun.

İşlərimə əngəl yaratmaq istəyən, TV sahəsinə təsadüfən düşmüş media alverçilərinə və onların istedadlı kanal tulalarına da uğur olsun. Rəqabətlə tərbiyəsizliyi qarışdırmayın, lütfən”.

Qeyd edək ki, ATV-nin simaları olan  Nicat Rəhimov və İlkin Misgərli də bundan sonra "Space"də çalışacaq. İ.Həsəninin layihə rəhbəri olduğu, Nicat və İlkinin baş rolda çəkildiyi "Buğlama"ma teletamaşası sözügedən kanalda yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!