Onlayn dərslərin fəsadları

saytların hazırlanması

Evə çatdırılma

Onlayn dərslərin fəsadları

Sosial

08 Aprel 2021 11:13 1016


Pandemiya ilə əlaqədar olaraq orta məktəblərdə tədrisin online keçirilməsi məktəbəqədər və məktəbli uşaqlarda müxtəlif fəsadların əmələ gəlməsinə səbəb olur.

Yenisabah.az xəbər verir ki, şagirdlərin uzun müddət kompyuter arxasında oturması görmə itiliyinin azalmasına, göz yorğunluğunun artmasına, müxtəlif göz xəstəliklərinin əmələ gəlməsinə, sosiallaşmanın azalmasına, onurğa problemlərinin yaranmasına səbəb olur. Eyni zamanda dərslərarası fasilənin az olması, dərs materialların ağır olması məktəblilərdə koqnitiv funksiyanın zəifləməsinə, psixoemosional gərginliyin artmasına gətirib çıxarır. Nəticədə şagirdlərdə yaddaş, qavrama, məntiqi təfəkkürün zəifləməsi müşahidə olunur. Bu da dərs bacarıqlarının və qiymət göstəricilərinin aşağı düşməsilə nəticələnir. Koqnitiv funksiyanın zəifləməsi, zehni yükün və psixoemosional gərginliyin artması uşaq yaşlarında xüsusilə məktəbəqədər uşaqlarda kəkələmənin yaranmasına səbəb ola bilər.

Kəkələmə nədir?

Kəkələmə nitq qüsuru olub, hecaların, sözlərin tez-tez təkrarlanması (taxilaliya) və ya uzadılması (bradilaliya), nitqin dayanması, ritmik axarın pozulması ilə xarakterizə olunur. Kəkələmə müalicə olunandır. Başlanğıc mərhələdə daha tez və uğurla müalicə olunur. Kəkələmə problemi ilə eyni zamanda iki mütəxəssis məşğul olmalıdır - uşaq nevropatoloqu (və ya psixonevroloq) və loqoped. Toyuqlu pizza

Sosiallaşmanın əhəmiyyəti

Online təhsil və ya distant təhsil məktəblilərdə sosiallaşmanın da azalmasına səbəb olur. Məktəblilər daha çox özlərinə qapanır, yaranmış olan suallarına internetdən cavab axtarmağa çalışırlar, ətrafları ilə ünsiyyətdə olmağa cəhd etmirlər, təkliyin daha komfortlu olduğunu düşünürlər. Bu da gələcəkdə onların cəmiyyətdə bir fərd kimi formalaşmasına, inkişaf etməsinə mane ola bilər. Sosiallşma insanın cəmiyyətə adaptasiya olunması deməkdir. Sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. İnsanın şəxsiyyət kimi formalaşmasında bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də əhəmiyyətlidir.

Valideynlər üçün tövsiyələr

Online dərslər hər hansı fəsad yaratmasın deyə valideynlər profilaktik olaraq bəzi tədbirlər həyata keçirə bilərlər. Məktəblilərin təmiz və günəşli havada daha çox olmalarını təmin etməli, gün ərzində kompyuter və telefon istifadəsinin 3-5 saatdan artıq olmasına mane olmalı, qida rasionuna və rejiminə ciddi nəzarət etməli, vitamin və mikroelementlərlə zəngin qida və ya qida əlavələrinin xüsusilə B qrup vitamilərindən ibarət olan qida əlavələrinin rasiona əlavə etməli, zehni və fiziki yükün azalmasını təmin etməlidirlər. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!