Xəbər verdiyimiz kimi, Azadlıq hərəkatının öncüllərindən olan Nemət Pənahlı efirdə gözlənilməz addım atıb. O, Müsavat TV-nin canlı efirində başıüstə dayanıb.
Belə ki, N.Pənahlı aparıcının xahişindən sonra yoqa hərəkətini nümayiş etdirib. Bir saata yaxın belə dayana bildiyini deyib.
61 yaşlı siyasətçinin canlı efirdə nümayiş etdirdiyi hərəkətlər birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə qısa müddətdə yayılan görüntülərə çoxsaylı şərhlər yazılıb, insanların böyük qismi N.Pəhanlının bu addımını tənqid edib. Sezar pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bunun normal hal olduğunu qeyd edib:
“Nemət Pənahlı duyğularına işgəncə vermir, normal haldır. Hər hansı vəzifəni daşımaq ruhundakı uşaqlıqdan azad olmalısan demək deyil. İnsan bioloji və sosial varlıq olduğu kimi, bir fərddir. Hər fərdin özünə uyğun bioloji və sosialoji xüsusiyyətləri, psixoloji tipləri və tempramentləri var. Hər bir insanı olduğu kimi qəbul etsək, arada inciklik olmaz. İstər millət vəkili olsun, istərsə nazir”.
Onun sözlərinə görə, yazılan şərhlər vəzifəli şəxsləri qeyri-səmimi olmağa vadar edir:
“Xəbəriniz varmı ki, yazdığımız şərhlərlə biz onları idarə edərək sonra da deyirik nazirdir özünü “dartır”. Bizik onları qeyri-səmimiliyə vadar edən. İcazə verin insan duyğularına işgəncə verməsin. Onun da yaşamağa, deməyə-gülməyə, ağlamağa, tullanmağa ehtiyacı var. İcazə verin özümüz olaq. Gəlin, insanların ruhundakı uşaqlığı öldürməyək! Tələsin insanlar, deyib-gülməyə, tələsin insanlar, şən yaşamağa!”
Əsmətxanım
Telegram kanalımız