“Onun etdiyi səhvləri Türkiyədə hamı gördü” - Acun keçmiş xanımından   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

“Onun etdiyi səhvləri Türkiyədə hamı gördü” - Acun keçmiş xanımından DANIŞDI

Şou

16 Sentyabr 2020 10:26 3624


“Şeymanın necə ana olduğu barədə danışılmasına icazə vermərəm. Onunla 10 il birlikdə olmuşam, nələrsə etməyə çalışdım, amma bacarmadım. Hazırda mənim də, onun da xoşbəxt həyatı var".

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Acun Ilıcalı keçmiş həyat yoldaşı Şeyma Subaşı haqqında deyib. 

O, "Haber Global"a müsahibəsində evləndiyi üçün peşman olmadığını dilə gətirib: pizza

“Evləndiyim üçün heç peşman deyiləm. Həlli olmayan məsələ gördükdə, başqa üsula keçirəm. İnsanların bunu edə bilməməsinə kədərlənirəm. İnsanlar arasında duyğusal hisslərin tükənməsi, gərgin anların yaşanmasına səbəb deyil. Şəxsi həyatımın aşkarda olması mənim üçün yaxşı deyil. Şeymanın həyatı barədə şərh bildirmək istəmirəm. Tanınan biri olduğu üçün səhvləri tez gözə çarpır. Hamının etdiyi səhvləri o da etdi, onun etdiyi səhvləri bütün Türkiyə gördü. İndi böyüdüyünü görürəm. İnşallah daha yaxşı şeylər yaşayar. Heç birimiz möhtəşəm deyilik, mənim üçün əsas olan niyyətdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!