“Onun içərisində nə xarablıq var ki...” - Hacı Şahinin qardaşından SƏRT CAVAB

saytların hazırlanması

Evə çatdırılma

“Onun içərisində nə xarablıq var ki...” - Hacı Şahinin qardaşından SƏRT CAVAB

Sosial

27 Yanvar 2025 21:30 1662


Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. İclasda yas mərasimindəki davranışlar müzakirə olunub. Komitənin üzvü deputat Tənzilə Rüstəmxanlı tənqidi yanaşma ilə çıxış edib. O çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.

Modern.az məsələ ilə əlaqədar Hacı Şahinin qardaşı Hacı Elçinlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Hacı Elçin deputatın iradına belə cavab verib: pizza hut

"Deputat buna pis baxır, qoy pis baxsın. Bu, onun şəxsi yanaşmasıdır.  Belə şeylərdən uzağam. Qardaşımın ruhuna salavat çevirmələri mənim üçün xoşdur. Adi adam üçün də salavat çevirirlər. Rəhmətə gedənin ruhuna salavat çevirərlər. Onun içərisində nə xarablıq var ki, elə fikirləşir? Özü bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!