Operativ Qərargah: Son gündə COVID-dən ölən yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Operativ Qərargah: Son gündə COVID-dən ölən yoxdur

Sosial

30 Dekabr 2022 16:58 794


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. pizza

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 462 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 103, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!