Tanınmış həkimdən koronavirusdan qorunmağın “resepti”:   “Öpüşməyin!”

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış həkimdən koronavirusdan qorunmağın “resepti”: “Öpüşməyin!”

Sosial

17 Yanvar 2022 22:30 1659


“Azərbaycanda koronavirusa yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım insanlar müəyyən qədər rahatlaşması ilə əlaqədardır”.

Bunu Yenisabah.az-a açıqlamasında həkim Seyfəddin Əsəd deyib. 

“Mən elə düşünürəm. Müşahidə etmişəm ki, onlar tədbirlərdə, ya da işdən çıxanda öpüşüb-görüşür, qucaqlaşırlar. Bu düzgün deyil. Belə olmaz. Hamıya deyirəm, məgər ölənləri görmürsünüz?!  Marqarita pizza

İnsanlar özləri-özlərinə, ailələrinə, hətta dövlətə problem yaradırlar. Görünən odur ki, çox rahatlaşıblar”, - deyə o əlavə edib.

S.Əsədin sözlərinə görə, bu kimi hallar yoluxma sayının artmasına səbəb olacaq:

“Əgər qapanmanı istəmiriksə, qaydalara riayət etməliyik. Xüsusən, sosial məsafə çox şeyi həll edir.

Koronavirusun əsas periodu demək olar ki, arxada qalıb. Bir həkim kimi xahiş edirəm ki, məsafəni gözləyin. Qoyun azad həyatımızı yaşayaq”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!