Mart ayının 22-də dünyasını dəyişən tanınmış rejissor Oqtay Əliyevin sənət dostları onun haqqında xatirələrini bölüşüblər.
Yenisabah.az xəbər verir ki, “Söhbət var” proqramına danışan Əməkdar artist Bəhram Bağırzadə mərhum həmkarını xatırlayaraq kövrəlib. O, O.Əliyevlə tanışlığından bəhs edib:
“Oqtayla “Molokan bağı”nda tanış olmuşduq, 1989-cu ildə İncəsənət Universiteti orada yerləşirdi. Onlar İrəvandan qaçqın düşüb təzə gəlmişdilər, burada ev almışdılar, Bakıda məskunlaşdılar. Bundan sonra Oqtay bizim universitetə daxil oldu. Mən rejissorluq fakültəsində idim, Oqtay rəhmətlik mədəni maarifdə oxuyurdu. “Molokan bağı”nda tez-tez çayçıda oturub söhbət edərdik, müharibədən danışardıq, 17 yaşımız vardı. Bizim böyük planlarımız vardı, kino çəkmək istəyirdik, deyirdim Oqtay, gəl, erməni dilində film çəkək. Oqtay çox səlist erməni dilində danışa bilirdi, çünki İrəvanın mərkəzində böyümüşdü. Ermənilərin özündən də yaxşı ermənicə danışırdı. Bu projemiz yarımçıq qaldı”. Pepperoni pizza
B.Bağırzadə İrəvan xanlığı haqqında çap etdirdiyi kitabını Oqtay Əliyevə ermənicə tərcümə etdirmək istəsə də, bu layihəsinin yarımçıq qaldığını bildirib:
“Bu yaxınlarda mən bir naşir kimi düşünürdüm ki, İrəvan xanlığı haqda bir kitab çap edim. Sonra onu həm Azərbaycan, həm də rus dilində çap etdirdim, amma istəyirdim ki, Oqtay onu erməni dilinə tərcümə etsin, ermənilər Şuşa, Bakı, İrəvan haqqında məhz ermənicə oxusunlar və tarixi düz bilsinlər. Əfsuslar olsun ki, Oqtay dünyasını tez dəyişdi. Allah ona rəhmət etsin, ailəsinə, valideynlərinə səbr versin. Allah mənə nə qədər ömür veribsə, onun ailəsinin yanındayam. Bilirəm ki, mən 20 gün komada olanda Oqtay nələr çəkib. Biz ailəvi dost idik. Ömrümün sonunacan ailəsinin yanında olacağam”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız