Oqtay Əsədovun qardaşı oğlu DGK-nı məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əsədovun qardaşı oğlu DGK-nı məhkəməyə verdi

Hadisə

21 Dekabr 2022 12:01 1219


Bakı Baş Gömrük İdarəsi məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı 25 ildir Azərbaycanın tibb sektorunda aparıcı şirkətlərdən biri olan "Arash Medical Company” QSC-dir. 

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Marqarita pizza

Birinci instansiya məhkəməsində uduzan şirkət apelyasiya şikayəti verib. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, "Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Mediada gedən məlumatlara görə, şirkətin faktiki sahibi Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovdur. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!