Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Oqtay Gülalıyevin müalicəsinin davam etdirilməsilə bağlı məsələ həll olunub
02 May 2021 07:28
647

Oqtay Gülalıyevin müalicəsinin davam etdirilməsilə bağlı məsələ həll olunub

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsilə bağlı prosedurların yerinə yetirilməsi üçün təhkim edilən tibb bacıları öz işlərini davam etdirəcəklər. Bu barədə Turan agentliyinin direktoru Mehman Əliyev hüquq müdafiəçisini evində ziyarət etdikdən sonra bildirib.

Bundan öncə, aprelin 26-da fəalın oğlu Təbriz Gülalıyev deyib ki, tibb bacıları mayın 1-dən hüquq müdafiəçisinin evinə gəlməyəcəklərini bildiriblər. Çünki üç aydır onlara maaş verilmir. Bu məlumat ictimaiyyətin mənfi reaksiyasına səbəb olub ki, bu da sosial şəbəkələrdə çoxsaylı tənqidi yazılarda öz əksini tapıb.

Görünür, bu, işə yarayıb və mayın 1-də tibb bacıları fəalın evinə gediblər. Onlar bildiriblər ki,  və "bütün məsələlər həll olunub". Tibb işçiləri deyiblər ki, evdə prosedurları yerinə yetirməyə davam edəcəklər.

Bundan əlavə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində növbəti müalicənin təyin edilməsi məqsədilə qan analizi nümunələrinin götürülməsi üçün  tibb işçilərinin göndərilməsilə bağlı müraciətə müsbət cavab veriblər. 

Mehman Əliyev onu da bildirib ki, ağciyərlərdən bəlğəmi çıxarmaq və ümumiyyətlə, nəfəs almanı rahatlatmaq üçün qoyulmuş traxeostomanı bu günlərdə Oqtay Gülalıyevin boğazından çıxarıblar. Bu aparatı çıxardıqdan sonra hüquq müdafiəçisi daha  yaxşı nəfəs almağa başlayıb.

Ümumilikdə, fəalın vəziyyəti yaxşılaşır, şüuru özünə qayıdır. O, sualları diqqətlə dinləyir, onlara jestlərlə reaksiya verir. Bundan əlavə, xəbərləri dinləyir.

Oqtay Gülalıyev danışmağa da cəhd edir və traxeostomanın çıxarılması yəqin ki, nitqinin bərpasını sürətləndirəcək.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər