“Oqtay kişiyə yaraşdırmadım...” - Sərxan Kərəmoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Oqtay kişiyə yaraşdırmadım...” - Sərxan Kərəmoğlu

Şou

10 Fevral 2022 23:57 1335


Müğənni Natavan Həbibi ilə "Soy" prodakşının rəhbəri Oqtay Əliyev arasındakı qalmaqala aparıcı-aktyor Sərxan Kərəmoğlu münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Kərəmoğlu "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin xanım müğənni haqda səsləndirdiyi "Natavanın söz deməsi bizim üçün "plintus"dan da aşağıdır" fikirləri ilə bağlı bunu deyib:

"Hər ailənin öz namusu olur. Ailəni biz seçmirik. Natavan xanım bizim ailədəndir, elə Oqtay bəy də o ailənin üzvüdür. Harada oluruqsa-olaq, istəsək də, istəməsək də biz bir ailəyik və ona kənardan kim nə deyir desin... Ancaq fəlakət orasıdır ki, ailənin içindən kimsə nəsə deyir. Oqtay kişinin xətrin istəsəm də, ona yaraşdırmadım bu sözləri. Natavan Azərbaycan musiqisinin incisidir. Ən azı onun sənətindən bu əsrdə dünyaya gəlməyəcək. Qiymətini bilməkdənsə, tərki dünya edirik, niyə?". Toyuqlu pizza

Qeyd edək ki, O.Əliyev sözügedən açıqlamanı yenicag.az saytına verib. Sözügedən qalmaqala səbəb isə Natavan Həbibinin efirlərə qatılmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!