“Orada məni maraqlandıran yalnız bir şey oldu - şərabçılıq” – Putindən maraqlı açıqlama
26 Yan 2021 08:07
823

“Orada məni maraqlandıran yalnız bir şey oldu - şərabçılıq” – Putindən maraqlı açıqlama

Navalnın filmində Putini ən çox maraqlandıran nə olub? Rusiya Prezidenti Vladimir Putin deyib ki, Aleksey Navalnının çəkdiyi filmdə onun marağına yalnız bir məsələ səbəb olub - şərabçılıq.

"Orada gördüyümdən məni maraqlandıran yalnız bir şey oldu - şərabçılıq, biznes kimi deyil, sadəcə, bir fəaliyyət növü kimi. Bu çox yaxşı, nəcib bir fəaliyyət növüdür. Biznes kimi yox, bir fəaliyyət növü kimi bununla məşğul olardım," - Putin Rusiyada qeyd olunan "Tatyana Günü" münasibətilə tələbələrin suallarına cavab verərkən deyib.

"Mənim bir müşavirim var - Boris Titov, o, məşhur Abrau-Dürso şərabçılıq şirkətinin sahibidir. O, indi mənim məsləhətçimdir. İşimi başa vurandan sonra bəlkə onun yanında məsləhətçi kimi işləməyə gedərəm. Ancaq biznesmen kimi yox, bir mütəxəssis kimi - heç olmasa hüquq sahəsinin mütəxəssisi kimi," - Rusiya Prezidenti deyib.

Vladimir Putin Navalnının Youtube və digər platformalarda yayılmış "Putinin sarayı" filmində bəhs edilən Gelencik sarayının ona məxsus olmadığını deyib.

"Bu filmi sadəcə boş vaxtım olmadığına görə izləmədim, köməkçilərim seçdikləri bəzi epizodları mənə göstərib. Dərhal sualınıza cavab verərək demək istəyirəm ki, nə mən, nə də mənim yaxın qohumlarım orada mənim mülküm qismində göstərilən heç nəyə heç vaxt sahib olmayıb və sahib deyilik. Heç vaxt! Orada adı çəkilənlərdən dostum, tanışım var. Lakin elələri də var ki, ümumiyyətlə, tanımıram. Heç vaxt bizneslə maraqlanmamışam, məşğul olmamışam", Rusiya Prezidenti tələbələrin suallarına cavab olaraq söyləyib.

Navalnın filminə Youtube-da ötən həftənin əvvəlində dərc edildikdən sonra bu günədək 86 milyondan çox baxış olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər