Son vaxtlar erməni ziyalılarla azərbaycanlıların Moskva görüşləri, müəyyən danışıqlar gündəmdədir. Bəs görəsən, bu danışıqlar xalqlar arasında sülhə səbəb ola bilərmi? Ümumiyyətlə, ermənilərlə birgəyaşayış nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Kulinariya Mərkəzinin sabiq rəhbəri, tanınmış kulinar Tahir Əmiraslanov keçmişi xatırlayaraq bu birgəyaşayışın çətin olduğunu deyib:
““Erməni mətbəxi gözəldir” deyənlərlə qətiyyən razı deyiləm. Ola bilər ki, erməninin hansısa yaxşı əsəri olsun, hamı oxusun, dünya dillərinə tərcümə olunsun, amma bunu bütün erməni mədəniyyətinə aid etmək olmaz. Sezar pizza
Düzdür, o vaxt onların çox yaxşı ustaları var idi, çəkməçiləri, bənnaları məşhur idi. Onlar təzə gələndə Tiflisdə, Bakıda lakeylik (nökərlik) edirdilər.
İndi onlarla birgə yaşamağa əhali hazırdır, ya yox, bilmirəm. Bu, çox çətin məsələdir. Oradakı ermənilər özlərini qılınc altında, guya yazıqmış kimi göstərə bilər. Biz bunu görmüşük. Onlar 70 il Sovet hakimiyyəti dövründə özlərini loyal göstərdilər, amma altdan-altdan öz işlərini gördülər”.
T. Əmiraslanov qeyd edib ki, ermənilərlə birgə sülh içində yaşamaq üçün çox uzun illərə ehtiyac var:
“Əgər ermənilər bizimlə dostcasına yaşamaq istəyirlərsə axırıncı dəfə oradan gələn 300 min azərbaycanlını geri qaytarsınlar, ondan sonra başlasınlar dostca yaşamağa. O qədər adam evindən, eşiyindən, balasından ayrı düşüb gəlib. Birgə yaşamaq çox çətindir.
Baxın, erməni də bu qarşıdurmada oğlunu, atasını itirib, azərbaycanlı da. Necə bir yerdə yaşayacaqlar? Müəyyən müddətdən sonra bəlkə də bu mümkün olar, Nəriman Nərimanovun əsərləri üzə çıxar ki, azərbaycanlı ilə erməni qızı bir-birini sevir evlənir filan, amma indi yox. Bəlkə də 70-100 il sonra münasibətlər bərpa oluna bilər. Amma yenə də erməni yeni doğulan körpəsinə beşik başında “böyüyüb türk öldürəcəksən” deyəcəksə, bu çətin olacaq”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız