Ordu miqyasında komanda-qərargah məşqi keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Ordu miqyasında komanda-qərargah məşqi keçirilir

Rəsmi

15 May 2025 15:22 1045


2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

Yenisabah.az xəbər verir ki, Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib. Dördpendirli pizza

Real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!