Ordumuz erməni diversantları belə əsir götürdü   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz erməni diversantları belə əsir götürdü - Fotolar

Maraqlı

27 May 2021 09:34 2915


Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Teleqram kanallarında Azərbaycan Ordusuna əsir düşən erməni hərbçilərin zərərsizləşdirilmiş vəziyyətdə şəkilləri yayılıb.

Düşmənin kəşfiyyat-diversiya qrupunun əsir düşən hərbçilərinin şəkillərini təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!