Ot biçən deputatlar- Seçici onların yadına niyə indi düşüb?

saytların hazırlanması

Evə çatdırılma

Ot biçən deputatlar- Seçici onların yadına niyə indi düşüb?

Siyasət

17 İyun 2024 15:53 690


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun növbədənkənar parlament seçkilərinin anonsunu verməsi ölkənin siyasi həyatında əməlli-başlı canlanma yaradıb. Qanunverici orqanda təmsil olunmaq istəyən siyasilər nəzərəçarpacaq fəallıqları ilə diqqəti öz üzərlərində toplayıblar. 

Yenisabah.az xəbər verir ki, bu kampaniyada Milli Məclisin hazırki üzvləri də iştirak edirlər. Onlar seçicilərə özəl münasibətləri, qeyri-adi davranışları ilə tez-tez gündəmə gəlirlər. Seçicisinin şəxsi problemlərinə inanılmaz dərəcədə həssas münasibət göstərən, hətta onun tarlasında ot çalan deputatlar da var. 

Bəzi parlamentarilərin bu davranışları müzakirəsiz ötüşməyib.  pizza

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də məsələyə münasibət bildirib. O, saytımıza açıqlamasında deyib ki, belə deputatlar dövlətə yalnız baş qaxıncıdır: 

“Bunlar hamısı Ramiz Mehdiyevin təyin etdiyi deputatlardı. Onlar dövlətə baş qaxıncı olublar. Xatırlayırsınızsa, birini Tərtərdə itlə qovdular. Hara getsələr, oradan da qovulurlar. Yadınıza gəlirsə, həmin deputatlar işlərini bacarmadıqlarını əsas gətirərək, parlamenti buraxmışdılar. Həmin adamları Ramiz Mehdiyev yenidən deputat vəzifəsinə təyin etdi. İndi dünya tamamilə dəyişib. Artıq regionda tamam başqa siyasi proseslər gedir. Dünyada baş verən proseslərə uyğun addımlar atılmalıdır”. 

Hafiz Hacıyev qeyd edib ki, deputatların bir çoxu həmin vəzifəyə kimlərinsə hesabına gəlib: 

“Mən düşünürəm ki, onların vicdanı olmalıdır, geri çəkilməlidirlər. Belə deputatların yerinə millətini, dövlətini sevən qüvvələr gəlməlidir. Bu gün onların əksəriyyətinin ayaqlarını tapdalasan, görərsən ki, hansı yolun yolçusu olacaqlar. Bu dəfəki seçkidə onların vicdanı olsa, özləri çıxıb gedərlər. Çünki onların xalq arasında heç bir nüfuzu yoxdur. Yalandan əllərinə bel götürməklə, nəsə bir iş görməklə bir şey dəyişmir. Biri deputatlıqdan istifadə edib villa tikdirir, digəri də özünə biznes qurur. Dövlət başçımız çox böyük uğurlar qazanıb, Qarabağı işğaldan azad edib. Amma parlament ona uyğun deyil. Əlbəttə, deputatlar arasında olduqca ləyaqətli, işini görən insanlar da var. Lakin çoxusu parlamentə təsadüfən gəlib düşüb. Bəziləri kiminsə dostu, qohumudu”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!