Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Sosial

01 Noyabr 2022 16:49 902


Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bundan başqa, oktyabr ayında 38 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 6 nəfərə isə imtina cavabı gəlib. Sezar pizza

Bundan başqa, ötən ay 18 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 3 nəfərə imtina verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!