Ötən gün Azərbaycanda 31 min adama peyvənd vurulub

saytların hazırlanması

Evə çatdırılma

Ötən gün Azərbaycanda 31 min adama peyvənd vurulub

Sosial

10 Dekabr 2021 16:58 700


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 155 vaksin vurulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 862 nəfər təşkil edib. Sezar pizza

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 852 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 609 478 nəfər təşkil edir.

Ümumilikdə isə 1 113 671 buster doza vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!