Ötən il 10 faiz, bu il 20 faiz – Azərbaycanla bağlı YENİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Ötən il 10 faiz, bu il 20 faiz – Azərbaycanla bağlı YENİ MƏLUMAT

İqtisadiyyat

13 Oktyabr 2026 11:54 104


Milli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrinin sürətlə genişləndiyini vurğulayıb. Millət vəkili bildirib ki, dövlət başçısının müxtəlif beynəlxalq platformalarda bəyan etdiyi kimi, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi xarici siyasətin əsas prioritetlərindən biridir.

"Yeni Sabah" xəbər verir ki, sözügedən tərəfdaşlığın dinamik göstəricilərinə diqqət çəkən V.Bayramov ticarət dövriyyəsindəki artım templərini açıqlayıb:

"2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi 10 faiz artıb. 2026-cı ilin ilk səkkiz ayında isə bu göstərici üzrə artıq 20 faizlik artım qeydə alınıb". pizza sifarişi

Deputat əlavə edib ki, iki tərəf arasındakı münasibətlər yalnız ticarətlə məhdudlaşmır və iqtisadiyyatın digər sahələrində də strateji əlaqələr ardıcıl şəkildə inkişaf etdirilir:

"Mərkəzi Asiya regionu ilə münasibətlərin genişlənməsi Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin bariz göstəricisidir.

Prezidentin rəhbərliyi ilə təşkil olunan beynəlxalq və regional görüşlər, habelə siyasi platformalar ölkəmizin mövqelərinin möhkəmlənməsinə və Azərbaycanın regional orta güc mərkəzinə çevrilməsinə zəmin yaradıb. Bu gün Azərbaycan regionda sülhün, sabitliyin, əməkdaşlığın möhkəmlənməsində və dövlətlərarası birləşdirici körpülərin salınmasında həlledici rol oynayır".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!