Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.
Yenisabah.az-ın məlumatına görə, 2019-cu ildə Azərbaycanda belə qadınlar tərəfindən doğulan uşaqların sayında artım müşahidə edilsə də, ötən il onların sayı yenidən azalıb.
2020-ci ildə ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17 714 uşaq dünyaya gətiriblər. Bu say da son 6 il üzrə ən aşağı göstəricidir. Ötən il bütün diri doğulanların 14 faizini qeyri-rəsmi nikahdan doğulan uşaqlar təşkil edib. Toyuqlu pizza
Son 6 ildə rəsmi nikahı olmayan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin il belə uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib.
Ümumilikdə isə nikahsız qadınların dünyaya gətirdiyi uşaqların sayı 2019-cu ildə 21 453, 2018-ci ildə 20 716, 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub.
Qeyri-rəsmi nikahdan doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. (bakupost.az)
2014-cü ildə nikahsız qadınlar tərəfindən doğulan uşaqların 9 772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9 411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9 592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8 167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.
2018-ci ildə belə qadınlar şəhər yerlərində 7 509, kənd yerlərində 13 207 uşaq, 2019-cu ildə şəhər yerlərində 7 790, kənd yerlərində 13 663, 2020-ci ildə şəhər yerlərində 6 667 uşaq, kənd yerlərində 11 047 uşaq dünyaya gətirib.
Telegram kanalımız