Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənildi

saytların hazırlanması

Evə çatdırılma

Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənildi

Sosial

16 Yanvar 2022 16:11 859


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1 257,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. pizza mizza

Vəsaitin 1 238,8 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Ötən il 34 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

Həmçinin, keçən ilin iyul ayından etibarən Xidmət əmək qanunvericiliyi ilə bağlı geniş maarifləndirmə məqsədi ilə işəgötürənlərlə onlayn görüşlərə başlayıb. 30 onlayn görüşdə 2000-dən çox işəgötürən iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!