2022-ci ildə minik avtomobilləri Gürcüstandan ixrac edilən əmtəə qruplarında ikinci yerdədir. Eyni zamanda, idxal əmtəə qruplarında - birinci.
Yenisabah.az "BusinessPressNews"-a istinadla xəbər verir ki, Gürcüstanda ümumən 903,8 milyon dollara avtomobil satılıb. Ölkəyə 1,6 milyard dollar dəyərində avtomobil idxal edilib.
2022-ci ildə Gürcüstandan gələn avtomobillərin əksəriyyəti aşağıdakı ölkələrə ixrac edilib: Marqarita pizza
Azərbaycan - 308,4 milyon dollar,
Ermənistan - 144,7 milyon dollar,
Ukrayna - 119,8 milyon dollar,
Qazaxıstan - 104,4 milyon dollar,
Rusiya - 75,6 milyon dollar.
Gürcüstan avtomobilləri aşağıdakı ölkələrdən idxal edib:
ABŞ - 833,2 milyon dollar
Yaponiya - 282,7 milyon dollar,
Almaniya - 179,8 milyon dollar,
Türkiyə - 105,3 milyon dollar,
Koreya - 20,8 milyon dollar.
Telegram kanalımız