Ötən il nə qədər ərazi minalardan təmizlənib?

saytların hazırlanması

Evə çatdırılma

Ötən il nə qədər ərazi minalardan təmizlənib?

Sosial

09 Mart 2022 14:19 493


2021-ci ildə 6777,6 hektar ərazi minalardan təmizlənib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əks olunub. 

Hesabata görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən ümumilikdə 28,5 min ədəd olmaqla 10,5 min ədəd piyada əleyhinə mina, 4,8 min ədəd tank əleyhinə mina, 13,2 min ədəd partlamamış hərbi sursat aşkar olunaraq məhv edilib. pizza

Minatəmizləmə əməliyyatları zamanı Zəngilanda 1959,7 hektar, Qubadlıda 1318,2 hektar, Cəbrayılda 1083,8 hektar, Füzulidə 1043,6 hektar, Ağdamda 781,9 hektar, Tərtərdə 370,1 hektar, Xocavənddə 127,9 hektar, Şuşada 66,4 hektar, Xocalıda 26 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!