Ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı açıqlandı

Sosial

08 Yanvar 2021 17:53 772


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə 12 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Nazirlikdən Yenisabah.az-a bildirilib ki, onların sırasına şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, aztəminatlı, habelə çoxuşaqlı ailələrin üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri daxildir. Proqrama cəlb olunanlara biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunan «Sosial Bağlar» layihəsi də özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir. pizza

Layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-ci ildə 125 ailə, 2019-cu ildə 250 ailə üçün intensiv meyvə bağları salınıb. 2020-ci ildə də layihə üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!