Bu gün Milli Məclisdə “Ovçuluq haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, dəyişikliyə əsasən, ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük və digər tələblər aradan qaldırılır.
Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq. pizza
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Telegram kanalımız