Övladını evliliyə məbcur etdi   - HƏBS OLUNDU

saytların hazırlanması

Evə çatdırılma

Övladını evliliyə məbcur etdi - HƏBS OLUNDU

Sosial

04 May 2026 20:32 541


Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olunub.

"Yeni Sabah" xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı Şəki rayon sakini 16 yaşına çatmayan şəxsin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.

Məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər-Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.

İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosessual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək 1 ay müddətinə inzibati həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!