Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq - Foto
19 Sen 2020 15:45
831

Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq - Foto

Azərbaycanda valideynlər pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyət bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacaq.

Yenisabah.az xəbər verir ki, özündə və ya yaxınlarında xəstəlik simptomları olan təhsilalanların müəyyən olunmuş dövr ərzində məktəbdə keçirilən əyani dərslərə gəlməməsi barədə bütün təhsilalanların valideynləri (qanuni nümayəndələri) ilə iltizam forması imzalanır.

Həmçinin valideyn pandemiya dövründə övladının ümumtəhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda, onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürür.

/Report.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər