Övladlığa götürmə qaydası təkmilləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Övladlığa götürmə qaydası təkmilləşdirilir

Sosial

02 May 2023 14:00 578


Övladlığa götürmə qaydası təkmilləşdirilir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaq onu 3 aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə, Ailə Məcəlləsinin 118.3.3–118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil olunmur. Toyuqlu pizza

Həmin tələblər aşağıdakılardır:

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!