“Oxucu istəyir ki, kimsə başqasını aşağılasın, söysün, biabır etsin”

saytların hazırlanması

Evə çatdırılma

“Oxucu istəyir ki, kimsə başqasını aşağılasın, söysün, biabır etsin”

Sosial

22 Avqust 2023 17:41 1191


Bir müddət öncə “İstiqlal” ordeni ilə təltif edilən Rasim Balayevin adı ətrafında gedən müzakirələr səngimək bilmir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilova müsahibə verən zaman aparıcının cinsi azlıq nümayəndəsi olduğunu deməsi birmənalı qarşılanmayıb. 

 Sosial şəbəkə istifadəçiləri aparıcının bu addımının R.Balayevi "gözdənsalma kampaniyası" olduğunu iddia ediblər. pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist Elçin Şıxlının sözlərinə görə, bu gün bir çox jurnalist köntöy sualları oxucunun diqqətini cəlb etmək üçün verir: 

"İsmayıl Cəlilovla Rasim Balayevin müsahibəsini gördüm, elə bir sualına qulaq asıb dayandırdım, ardına  qulaq asmadım. Jurnalistlərin peşəkarlığı olmalıdır. İkincisi, jurnalist başa düşməlidir ki, jurnalistika nədir və o, müsahibinin kim olduğunu əvvəlcədən öyrənməlidir. Bir çox jurnalistlər müsahibə alanda müsahibin kimliyini belə anlamır. Ona görə köntöy suallar verirlər. Bunun da səbəbi var. Jurnalist mədəni sual verəndə bu müsahibə oxucuya ləzzət etmir. Oxucu istəyir ki, mütləq kimsə bir başqasını aşağılasın, söysün, biabır etsin. Bax, bu zaman oxunma sayı çox olur. Ümumi mədəni və peşə problemləri, həmçinin etik problemlər var. Biz bunların demək olar ki, hamısını yaddan çıxarmışıq. Təəssüflə bildirmək istəyirəm ki, bu gün gənc jurnalistlərimizin böyük əksəriyyəti elə düşünür ki, jurnalistika elə bu cür də olmalıdır". 

Jurnalist bildirib ki, bu məsələdə tanınmışların heç bir günahı yoxdur və onlar məsuliyyət daşımırlar:

"Bu məsələdə sənətçilərin günahı yoxdur. Məsələn, məndən açıqlama almaq üçün hər hansı jurnalist zəng vurursa, özünü təqdim edirsə, mən onun suallarını cavablayıram. Axı mən onu necə araşdıra bilərəm? Hər kəslə şəxsi tanışlığım yoxdur, onda gərək zəng vurana deyim ki, sən bir həftə gözlə, mən səni araşdırım, sonra cavab verərəm. Belə olmur. İstənilən müsahib özü öz səviyyəsini qorumalıdır. Jurnalistin sual verməyi, müsahibə almağı məsələsi  başqa bir problemdir".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!