“Öz davranışını idarə edə bilməyəndən psixoloq olmaz” - Mehman Muradlı

saytların hazırlanması

Evə çatdırılma

“Öz davranışını idarə edə bilməyəndən psixoloq olmaz” - Mehman Muradlı

Sosial

20 Avqust 2022 23:55 2654


Axır vaxtlar qarşımıza daha çox çıxan fəaliyyət növlərindən biri də psixologiyadır. Belə demək mümkünsə, hər kəs özünü psixoloq adlandırıb bəlli yerlərdə bu fəaliyyətlə məşğuldur. Müştəriləri də günü gündən çoxalan bu şəxslərin həqiqətəndəmi psixoloq olduğu necə müəyyənləşməli, fəaliyyətləri necə tənzimlənməlidir?

“Bir-iki status yazanda psixoloqlar inciyirlər. Sən necə psixoloqsan, bir statusdan alınırsan...  Yaxud Azərbaycandakı psixoloqların özlərinə psixoloq lazım olduğunu qeyd etdiyim bir paylaşım edirəm. Bundan da narahat olurlar. “Azərbaycanda psixoloq yoxdur” deyəndə də bir çox psixoloqlar arasında məni təhqir edən də, əngəlləyən də oldu. Öz davranışını idarə edə bilməyəndən psixoloq olmaz”.

Bu sözləri mövzu ilə əlaqədar Yenisabah.az-a vəkil Mehman Muradlı danışıb: Dominos pizza

“Psixoloq kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmur. Yəni, bu lisenziyalaşdırılmış sahə deyil. Belə demək mümkünsə, hər yoldan keçən psixoloq kimi fəaliyyət göstərə bilər.  Bununla da özlərinə müştəri yığa bilərlər. Mən bu tip psxoloqlara müraciət edənlərə pasient yox, müştəri deyə bilərəm. Onlar özləri onlara xəstə qismində deyil, müştəri kimi baxırlar. Bununla bağlı mütləq şəkildə qanuni tənzimlənmələr olmalıdır. Hardasa bir kurs keçib əlinə bir sertifikat alıb özünə psixoloq deyir. Psixologiya bir qədər dərin sahədir. Bu elmə barmaqarası baxmaq olmaz”.

M.Muradlı psixoloqların hər şəxsə standart deyil, fərqli yanaşmalı olduğunu dedi:

“Tutaq ki, mən özüm Tərtərdə doğulmuşam. Tərtərdə doğulmuşla Bərdədə doğulmuş insanın psixologiyasında fərq olur. Yəni, əgər, qidamızda belə, fərq varsa, deməli, insanın insana yanaşmasında da fərqliliklər var. Bu gün özünə psixoloq deyənlər az sayda klassik, mütəfəkkir psixoloqların kitablarını və ya başqa dahi psixoloqların feysbuk statuslarını oxuyub paylaşırlar.  Eyni zamanda, rus və ya türk mənbələrindən qırıq-sallaq tərcümələrlə insanların fikirlərinə təsir edə biləcəklərini düşünürlər”.

Vəkil bildirib ki, belə psixoloqlara Səhiyyə Nazirliyi birbaşa nəzarət etməlidir:

“Dövlətin səhiyyə siyasətini həyata keçirən qurum Səhiyyə Nazirliyidir. Səhiyyə Nazirliyi bu baxımdan maraqlı olmalıdır. Bunu İnzibati Xətalar Məcəlləsinə salsaq, psixoloq olmağa hüququn olmasa, psixoloq kimi fəaliyyət göstərə bilməyəcəklərini anlasınlar. Onların bu və ya digər ölkələrdə kurs keçib sertifikat alması belə onları məsuliyyətdən azad etməməlidir”.

Mehman Muradlı əlavə edib:

“Bununla bağlı qanunda hər hansı bir konkretləşmiş müddəa yoxdur. Kurs keçməyən insan müəyyən yer götürüb VÖEN-lə və ya hüquqi statusla psixoloq kimi fəaliyyət göstərə bilər. Çünki lisenziyalaşdırılmış sahə deyil. Peşəkar fəaliyyətlə məşğul olmaq məsələsi var. Məsələn, lombard fəaliyyətiylə məşğul olanlara Mərkəzi Bank lisenziya verir. Bu sahə də nəzarətdə olmalıdır. Bu şəxslərin məsuliyyəti də yoxdur. Hesab edək, insan psixoloqun yanına sağalacağı arzusuyla gəlir. Nəticə müsbət olmasa, bu psixoloqların məsuliyyəti də olmur”.

İmamət İSMAYILOVA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!