“Öz ölkəsini müdafiə etmək” üçün bu qədər xarici qüvvə nəyə lazım?”

saytların hazırlanması

Evə çatdırılma

“Öz ölkəsini müdafiə etmək” üçün bu qədər xarici qüvvə nəyə lazım?”

Siyasət

22 Aprel 2026 12:04 97


Sabiq xarici işlər naziri Tofiq Zülfiqarov Avropa İttifaqının Ermənistanda yeni missiya yerləşdirmək qərarını şərh edib.

“Yeni Sabah” xəbər verir ki, o qeyd edib: 

“Qəribə qonşularımız var. Yürütdükləri siyasət ona gətirib çıxarıb ki, onların ərazisində:

iki Aİ missiyası var. Sərhədlərinin bir hissəsini Rusiya FTX-nin (FSB) sərhədçiləri qoruyur. Gümrüdə Rusiya bazası və Zvartnotsda Rusiya Aerokosmik Qüvvələrinin bazası yerləşdirilib. Birgə erməni-rus qoşun qruplaşması fəaliyyət göstərir. Ermənistanın hava məkanı birgə erməni-rus Hava Hücumundan Müdafiə (HHM) sistemi tərəfindən qorunur və Moskva ətrafındakı mərkəzdən idarə olunur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır". 

T. Zülfüqarov bildirib ki, ABŞ-nin İrəvandakı səfirliyinin ərazisində 1500-dən çox ABŞ hərbçisi var. Üstəlik, TRIPP layihəsinin icrası zamanı nəqliyyat dəhlizinin fəaliyyətinin təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələr yerləşdiriləcək.

Sual yaranır: Azərbaycanın etdiyi kimi, sülhsevər siyasət yürütmək və sərhədlər boyu mehriban qonşuluq münasibətləri qurmaq daha yaxşı deyilmi?

Niyə Ermənistanda, xüsusən də azərbaycanlı sakinlərin qovulmasından sonra zəbt edilmiş rayonlarda ölkənin sürətli depopulyasiyası (əhalinin azalması) davam edir?

Niyə "öz ölkəsini müdafiə etmək" üçün bu qədər xarici qüvvəni dəvət etmək lazımdır? "Özgəsinə" bel bağlamaqdansa, vətənpərvərlik ruhu aşılamaq və öz vətəninin müdafiəçilərini yetişdirmək daha doğru olmazmı?

Qoy baxsınlar ki, biz ölkəmizin ən yaxşı müdafiəçilərinin öz Silahlı Qüvvələrimiz və sülhsevər mehriban qonşuluq siyasətimiz olduğuna necə inanırıq”.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!