Özcan Deniz qardaşına qarşı məhkəmədən qoruma qərarı aldırdı

saytların hazırlanması

Evə çatdırılma

Özcan Deniz qardaşına qarşı məhkəmədən qoruma qərarı aldırdı

Şou

30 May 2025 12:17 362


Müğənni və aktyor Özcan Deniz həyat yoldaşı Samar Dadqara təhqir edən qardaşı Ercan Denizə qarşı məhkəməyə müraciət edərək qorunma tələb edib. Məhkəmə Ercan Denizin iki ay müddətində Özcan Deniz və həyat yoldaşına yaxınlaşmamasına və onlara qarşı təhqiramiz ifadələr işlətməməsinə qərar verib.

Yenisabah.az  trt haber-ə istinadən xəbər verir ki, Hadisə, Ercan Denizin ailəyə məxsus şirkətin yerləşdiyi binada iki boş mənzili kirayə vermək istəməsi və burada yaşayan Samar Dadqar ilə qarşıdurma yaşaması ilə başlayıb. Özcan Deniz qardaşının xanımını narahat etdiyini bildirərək sərt açıqlamalar verib: "Arvadıma etdiyin təhqirləri sənə yedizdirərəm. Evdə olmadığım vaxt ona yaxınlaşma!"

Ailədaxili gərginlik fonunda Ercan Deniz isə prokrorluğa müraciət etmişdi. Bu hadisə ilə bağlı qalmaqal ictimaiyyətin də diqqətini cəlb edib./BAKU.WS pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!