Müğənni və aktyor Özcan Denizin ailəsində yaşanan gərginlik hüquqi müstəviyə keçib.
"Yeni Sabah" xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, aktyorun anası Kadriyə Deniz döş xərçəngi səbəbindən müalicə aldığı dövrdə əmlakı ilə bağlı qanunsuz hərəkətlər edildiyini iddia edərək qızı Yurda Deniz və kürəkəni Murat Gürler barədə prokurorluğa şikayət edib.
Kadriyə Denizin vəkili İrəm Dəmir Kuralın təqdim etdiyi müraciətdə bildirilib ki, müvəkkili xəstəliyi və davam edən müalicə prosesi səbəbindən həm fiziki, həm də psixoloji baxımdan müdafiəyə ehtiyac duyur. Dominos pizza
Şikayət ərizəsində Kadriyə Denizin psixoloji təzyiqə, təhqirə və fiziki müdaxilə xarakterli hərəkətlərə məruz qaldığı da iddia olunub. Bu səbəbdən Yurda Deniz və Murat Gürler barəsində araşdırma aparılması və cinayət işinin açılması tələb edilib.
Qeyd edək ki, Yurda Deniz daha əvvəl anasının səhhəti ilə bağlı açıqlamalarında qardaşı Özcan Denizi hədəf alan fikirlər səsləndirmiş, ailə daxilindəki gərginlik geniş müzakirələrə səbəb olmuşdu. (Axşam.az)
Telegram kanalımız