Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq - MÜTDA

saytların hazırlanması

Evə çatdırılma

Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq - MÜTDA

Sosial

20 İyul 2026 15:30 142


Özəl məktəbəqədər təhsil müəssisəsi xidmət haqqını artırdıqca onun müsabiqədə qalib olmaq şansı azalır.

"Yeni Sabah" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, güclü qiymət artımı olmayacaq: Toyuqlu pizza

"Valideynlərin seçimi olacaq ki, bir neçə müəssisə arasından daha uyğun xidmət haqqı təklif edənlə müqavilə bağlasın. Özəl bağçalarla imzalanan müqavilələrin 10 aylıq müddətə bağlanmasınına səbəb adətən yay aylarında - iyul-avqustda uşaq sayının azalmasıdır. İkincisi, əgər həmin müəssisə növbəti il yenə müsabiqədə qalib olsa, valideyn əlbəttə ki, uşağını həmin bağçaya qoymağa davam edəcək. Bağça qalib gəlməsə, o zaman valideyn başqa müəssisəni seçməli olacaq".

Xatırlatma: Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydası" təsdiqlənib.

Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 %-i həcmində, lakin Bakı şəhəri üzrə 350 manat, digər regionlar üzrə isə 250 manat məbləğindən çox olmamaqla nəzərdə tutulur. Layihələrin icra müddəti 10 aydan çox olmamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!