Özgüvən əskikliyi, təklik qorxusu olan insanlar nə etməlidir? - Psixoloqdan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Özgüvən əskikliyi, təklik qorxusu olan insanlar nə etməlidir? - Psixoloqdan AÇIQLAMA

Sosial

24 Yanvar 2024 01:33 932


3 yaş uşaqlar üçün kritik bir dövr olduğu üçün onların davranışlarındakı dəyişikliklər formalaşmağa başlayır. Bu dövrdə uşağın özünü təsdiqləmə istəyi artır. Hər mühitdə, hər hadisədə var olduğunu, önəmli olduğunu hiss etmək istəyir.

Lakin bəzən yetkin insanlarda da bu davranış davam edir. Onlar davamlı olaraq özlərini başqalarına sübut etməyə, hər kəsdən üstün olduqlarını göstərməyə çalışırlar.

Bəs görəsən, psixologiyada bu davranış nədən irəli gəlir? pizza hut

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gövhər Məmmədova bildirib ki, bu tip davranışlar özgüvən əskikliyindən və təklik qorxusundan qaynaqlanır:

“Hər bir insan həyatda var olduğunu ilk öncə özünə daha sonra digərlərinə sübut etməyə çalışır. Bunun üçün müxtəlif yollara əl atır, bəzən yanlış, bəzən doğru istiqamətə yönəlir. Görünməzliyin verdiyi mənəvi əziyyəti, "mən burdayam", "mən varam" düşüncələri ilə hərəkətə keçərək basdırmağa çalışır. Təbiidir ki, insan həyatda özünü təsdiqləmək, inanc və hisslərinin əsasında hərəkət etmək, kim olduğunu açıq şəkildə bəyan etmək istəyinə ehtiyac duyur ki, bu da özünə hörmət, özünə dəyər verməyin əsaslarıdır. Lakin bu, döyüşkən və yersiz aqressiv davranış, ön sıranı tutmaq üçün hər kəsi yolundan uzaqlaşdırmaq, öz hüquqlarını başqalarına zərər verərək qorumaq demək deyil. Şöhrətpərəstlik kimi özünü daima başqalarına saxta yolla isbat etməyə yönəlik davranışlar çox zaman özgüvən əskikliyindən, təklik qorxusundan qaynaqlanır. Bəzi hallarda isə daha çox pul qazanmaq istəyi insanı şöhrətə itələyir”.

Psixoloq qeyd edib ki, bu, uşaqlıq dövründə yaranır və yaş artdıqca daha ciddi fəsadlar törədə bilir:

“Özgüvən əskikliyi ən çox uşaq yaşlarında zədələnir, sonrasında başqa problemlərlə toplanaraq fərqli davranış pozuntularına, komplekslərə səbəb olur.

Yaxşı olar ki, zamanında müdaxilə edilərək sağlam yollarla özünə güvənini bərpa edib, həyatda nə istədiyini, harada olmaq istədiyini anlayaraq həmin yerdə özlərini isbat etsinlər”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!