Almaniya millisi və "Real Madrid"in keçmiş futbolçusu Mesut Özil Beynəlxalq Futbol Federasiyasını (FIFA) ikili standartlarda ittiham edib.
“Yeni Sabah” xəbər verir ki, o, diqqəti FIFA-nın mövcud qərarlarındakı ziddiyyətlərə yönəldib:
"İdman ictimaiyyəti hər zaman insanları bir araya gətirib. FIFA bu müddət ərzində İsrail komandalarına qarşı sanksiya tətbiq etmədi, amma Rusiya komandalarına tətbiq etdi". pizza mizza
M.Özil ali futbol qurumuna müraciət edərək ədalətli mövqe nümayiş etdirməyə çağırıb:
"Buradan FIFA-ya səslənmək istəyirəm: artıq ikili standartı kənara qoysunlar və hər kəsə eyni cür yanaşsınlar!"
Nazim Hacıyev
Telegram kanalımız