“Özləri internetdə pis-pis şeylərə baxırlar, amma efirdə...” - Aparıcı üsyan etdi

saytların hazırlanması

Evə çatdırılma

“Özləri internetdə pis-pis şeylərə baxırlar, amma efirdə...” - Aparıcı üsyan etdi

Sosial

24 Fevral 2023 13:14 2668


Gündəlik həyatımızın böyük bir hissəsini təşkil edən sosial şəbəkələrdən bir çox məqsədlər üçün istifadə edilir. Amma son vaxtlar istər fərdi paylaşımlara, istərsə də səhifələrdəki paylaşımlara söyüş və təhqiramiz fikirlər yazanlar çox olur. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış teleaparıcı Amil Xəlil bildirib ki, insanlar sosial şəbəkələrdə bəzən mətni oxumadan, qarşısındakı insanı tanımadan təhqir dolu şərhlər yazır: 

“Şükür Allaha, mənim üçün yazılan şərhlərdə təhqirlər, neqativ fikirlər demək olar ki, olmur. Həmişə cəmiyyəti düşünürəm. Neqativ şərhlər görəndə də deyirəm ki, yox, eybi yoxdur, pis yazanlar da, yaxşı yazanlar da bizimkilərdir, öz millətimizdir. Yaxşı yazan onsuz da yazacaq. Çalışıb neqativ yazanları yaxşı tərəfə çevirmək lazımdır. Bir də görürsən kimsə pis şərh yazır, məni tənqid edir, dərhal başqa bir izləyicim onun cavabını verir, deyir ki, bir videoya bax gör, Amil nə deyir. İnsanlar tənqid etməyə mütləq nə isə tapırlar”.  pizza mizza

Aparıcının sözlərinə görə, yerli telekanallarda gedən proqramları, serialları tənqid edənlər xarici kanallarda yayımlanan eyni tipdə olan layihələri normal qəbul edərək izləyirlər: 

“Fərz edək ki, insanlar Azərbaycan telekanallarında evlilik proqramlarının, yaşlılara evlənməyə kömək edən sosial proqramların olmasını istəmirlər. O zaman Azərbaycanda başqa ölkələrin kanalları yayımlanmasın, ancaq yerli kanallar olsun və bizə 2-3 ay vaxt versinlər. Görsünlər, 3 aya yerli kanallar necə inkişaf edir və cəmiyyətin istədiyini deyir. 

Bu gün yanaqdan öpüşü belə serialda vermirlər ki, ayıbdır, cəmiyyət qınayacaq. Amma hər şeyi qınayan həmin cəmiyyət xarici kanallarda konkret açıq-saçıq görüntüləri qınamadan izləyir. Ona görə də yerli verilişləri, serialları qınayanları tapmaq lazımdır, onlara demək lazımdır ki, gəl, gedək evinə, görək evində “krosna” varmı? Əgər onun evində “krosna” yoxdursa, internetə girib pis-pis şeylərə baxan övladları yoxdursa, onun dediyi bizim üçün Quran ayəsi sayıla bilər. Amma inanın ki, onların evində yad kanallar da var, orada gedən işlərə də baxırlar. Bir növ sanki ürəkləri götürmür ki, yerli kanallarda niyə bunlar göstərilir? Cəmiyyət bax, budur. 

İnanırıq ki, bu cəmiyyət yaxşılaşacaq və biz cəmiyyətə görə həm efir  verməliyik, həm də yaşamalıyıq. Kimsə “cəmiyyətin fikri mənim üçün önəmli deyil, qıraqdakıların fikri məni maraqlandırmır” deyirsə, bu, boş söhbətdir. Cəmiyyətin fikrini mütləq nəzərə almaq lazımdır ki, özümüzdə dəyişiklik edə bilək. 

Bəzən tanınmış insanları, millət vəkillərini sosial şəbəkələrdə təhqir edənləri görürük. İnanın ki, onların çoxu ölkədə yaşamır. Və o insanlara qarşı elə cəmiyyətin özü mübarizə aparmalıdır”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!