“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları

saytların hazırlanması

Evə çatdırılma

“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları

Sosial

26 İyul 2026 08:02 379


Xəbər verdiyimiz kimi, Şəmkirin Mahmudlu kəndində 12 yaşlı qız qətlə yetirilib.

Hadisə ilə bağlı yeni təfərrüatları məlum olub.

Kənd sakinlərindən biri qızın itkin düşdüyü barədə polisə məlumat verən şəxsin məhz onu bıçaqlamaqda şübhəli bilinən bacısı olduğunu bildirib: Dördpendirli pizza

“Ata-ana çörək pulu dalınca gedib, uşaqlar da evdə qalıb. Ailənin üç övladı var. Hadisə zamanı oğlan çöldə, iki bacı isə evdə imiş. Elə özü polisə xəbər verib ki, bacım itib. Nəsə anlaşılmazlıq olub ki, bu hadisə baş verib. Durduğu yerdə niyə öldürsün, niyə döysün, niyə vursun?”

Mərhumun qohumu isə meyitin evin arxasından tapıldığını qeyd edib.

“Meyitini evin arxasından tapıblar. Sonradan məlum oldu ki, bu əməli bacısı törədib, əvvəlcədən bilinmirdi. Uşaqdır da, uşaqdan nə desən çıxar”, – deyə o əlavə edib.

Daha ətraflı “Baku TV”nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!