“Özümüzünkülər qırılıb ki, xarici şirkətlər burda çalışır?” - Deputatdan nazirə irad

saytların hazırlanması

Evə çatdırılma

“Özümüzünkülər qırılıb ki, xarici şirkətlər burda çalışır?” - Deputatdan nazirə irad

Sosial

16 İyun 2023 14:24 1746


Milli Məclisdə çıxış edən deputat Aqil Abbas bildirib ki, qanun layihəsinin əleyhinə səs vermək niyyətindəymiş: 

“Amma burada komitə sədri Tahir Mirkişili qanun layihəsini elə gözəl, yüksək səviyyədə təqdim etdi ki, layihənin çox mütərəqqi əhəmiyyətə malik olduğunu gördüm”.

Musavat.com-un xəbərinə görə, deputat qeyd edib ki, qanun layihəsinin əleyhinə səs vermək niyyəti onda rəqəmsal inkişaf və nəqliyyat nazirinin mediadakı çıxışından sonra yaranıb: “Nazir deyir ki, taksi əlçatan olmamalıdır. Bəs nə əlçatan olmalıdır: təyyarə, vertolyot? Təyyarə də bahadır”. pizza mizza

Aqil Abbas taksilərin xarici şirkətlərə bağlı olmasının da arzuolunmaz olduğunu bildirib və bir misal çəkib: “Bir dəfə rəhmətlik Qədir Rüstəmovdan “uşaqlara arvad qohumlarının adını qoymusan” - deyə soruşublar. Sənətkar isə “özümünkülər qırılıb ki, arvad qohumlarının adını qoyum?” - cavabını verib. “İndi özümüzünkülər qırılıb ki, xarici şirkətlər burda çalışır? Tahir müəllim, siz də sağ olun ki, məni fikrimdən döndərdiniz”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!