Pakistan OPEC+ üzv ölkələrinin neft hasilatını azaltmaq qərarı ilə bağlı ABŞ hökumətinin tənqidi fonunda Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Pakistan XİN məluamt yayıb.
“OPEC+ qərarı kontekstində Krallığa (Səudiyyə Ərəbistanı) qarşı verilən bəyanatlar fonunda Pakistan Səudiyyə Ərəbistanı rəhbərliyi ilə həmrəy olduğunu bildirir. Biz Səudiyyə Ərəbistanının bazardakı qeyri-sabitliyin qarşısının alınması və qlobal iqtisadi sabitliyin təmin edilməsi istiqamətində hərəkətlərini yüksək qiymətləndiririk”, – deyə Pakistan Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş rəsmi məlumatda deyilir. Dördpendirli pizza
Telegram kanalımız