Koronavirus xəstələri niyə evdə oturmur?   - Psixiatrdan maraqlı açıqlama  

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstələri niyə evdə oturmur? - Psixiatrdan maraqlı açıqlama  

Sosial

17 Dekabr 2021 11:06 827


Koronavirus xəstələrinin ictimai yerlərdə aşkarlanması azalmaq əvəzinə çoxalır. Təkcə ötən gün 15 koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

COVID-19 xəstələri niyə evdə oturmurlar? Virus əvvəlki dövrə nisbətən az təhlükəlidir, yoxsa insanlar xəstəliklə yaşamağa öyrəşiblər? Hətta son vaxtlar koronavirusa yoluxmuş şəxslər maneəsiz ziyarət olunur.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixiatr Fuad Bəşirov bildirib ki, cəmiyyətdə qaydalara əməl edən və əməl etməyən insanların nisbəti hər zaman eynidir:  Pepperoni pizza

“Hər kəs qaydalara əməl etsəydi, yoluxmanın sayı artmazdı. İnsanlar bu virusu təhlükəli hesab etmir. Ümumiyyətlə, davamlı hadisələr həmişə sıradan bir hadisəyə çevrilir. Hazırda insanların virusdan qorxusu yoxdur və belə olması daha yaxşıdır. Çünki qorxunun azalması daha rahat yaşamağımıza, immun sisteminin daha güclənməsinə səbəb olur. Bu məsələdə peyvəndinin də böyük rol oynadığını düşünürəm.

Düz 2 il əvvəl, pandemiya başlayanda pasiyentlər yanıma virusdan qorxduqları üçün gəlirdilər. İndi bu hallarla demək olar ki, qarşılaşmıram. İnsanlarda arxayınlıq yaranıb ki, bəli, peyvənd vurulub, şəxsi gigiyenaya da əməl etdikdə virusa yoluxma riski aşağı olmuş olur.” 

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!